Gün ərzində 5 nəfər İrandan Azərbaycana təxliyə olunub

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam etdirilir.

Saat 09:00-dan 13:00-dək ümumilikdə 5 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub.

Təxliyə olunanlar arasında 1 Pakistan, 1 Böyük Britaniya, 1 Almaniya və 2 Azərbaycan vətəndaşı var. Onlar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Təxliyə prosesi mərhələli şəkildə davam etdirilir./AZƏRTAC/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.