Müharibə yaya qədər davam edərsə, 45 milyona qədər insan qida çatışmazlığı ilə üzləşə bilər.
Azpost.info bildirir ki, Ümumdünya Ərzaq Proqramında vəziyyətin kritik həddə yaxınlaşdığı barədə xəbərdarlıq edilib. Dünya miqyasında aclıq çəkən insanların sayı rekord həddi 319 milyonu keçə bilər.
Hörmüz boğazının bağlanması qlobal gübrə ixracının təxminən 50%-ni dayandırıb. Bu, artıq kənd təsərrüfatına təsir göstərir və Avropa və Asiyada əkin mövsümlərini poza bilər.
Gübrə qiymətləri 30% artıb. Gübrə bazarının təxminən 20%-nə nəzarət edən Rusiya bundan faydalana və ixracatı artıra bilər.