Biz müharibədə qalib gəlirik.
Bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün brifinq zamanı bildirib.
“Biz qətiyyətlə və öz qaydalarımızla qalib gəlirik, onları amansızlıqla “ovlayırıq”, – Heqset vurğulayıb.
Nazir bildirib ki, İranda indiyədək 7000-dən çox hədəfə zərbə endirilib.
Heqset bu gün daha dağıdıcı, indiyə qədərki ən böyük zərbələrin endiriləcəyini bəyan edib.
O, ABŞ ordusunun hücum qabiliyyətinin getdikcə artdığını, İranda isə vəziyyətin əksinə olduğunu vurğulayıb.
İranın böyük ölkə olduğunu vurğulayan nazirin sözlərinə görə, Tehran da HAMAS kimi sərmayəni tunellərə və raketlərə yatırıb: “Dövlət resurslarını on illiklər boyu dronlara, raketlərə, proksilərə və yeraltı təsisatlara yatırıblar”.