ABŞ prezidenti Donald Tramp İranla mümkün danışıqlarla bağlı planlarını açıqlamayıb.
Bu barədə o, “The New York Post” qəzetinə müsahibəsində danışıb.
“Mən bunu demək istəmirəm. Bu barədə hər şeyi açıqlaya bilmərəm. Siz istəyirsiniz ki, strategiyamı açım?” – deyə Tramp qeyd edib.
O, danışıqlar üçün Pakistan və ya başqa ölkəyə nümayəndə heyətinin göndərilməsi ilə bağlı suala konkret cavab verməyib.
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edib.
“Düşünürəm ki, o özü açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”, – deyə Tramp qeyd edib.
O, həmçinin İranın “tam məhv edildiyini” deyib.
“Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir”, – deyə Tramp qeyd edib.