İran Qətərin ərazi sularında yerləşən neft tankerini vurub.
Azpost.info-nun məlumatına görə, Qətər Müdafiə Nazirliyi bildirib ki, gəmi dövlətə məxsus Qatar Energy şirkəti tərəfindən icarəyə götürülüb.
“1 apreldə Qətər dövləti İrandan atılan üç raketi ilə hücuma məruz qalıb. Qüvvələrimiz raketlərdən ikisini uğurla ələ keçirib, üçüncüsü isə Qətərin ərazi sularında yerləşən Qatar Energy şirkəti tərəfindən icarəyə götürülmüş neft tankerinə dəyib”.
Gəminin göyərtəsində 21 heyət üzvü olub. Hadisə nəticəsində itki olmayıb.