“NATO ehtiyac duyduğumuz zaman baza hüquqlarımızı rədd edirsə, demli bu yaxşı razılaşma deyil“.
Azpost.info bildirir ki, bu sözləri ABŞ Dövlət Katibi Marko Rubio “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Rubio deyib ki, həmişə NATO-nun güclü tərəfdarı olub: “NATO-nu dəstəkləməyimin səbəblərindən biri də inanmağımdır ki bu baza hüquqları bizə dünyada təsir gücü, çeviklik və əməliyyat imkanları verir. Amma əgər NATO sadəcə hücuma məruz qaldıqda Avropanı müdafiə etmək üçündürsə və ehtiyac duyduğumuz zaman baza hüquqlarımızı rədd edirlərsə, bu, çox yaxşı bir razılaşma deyil”.
Dövlət katibi deyib ki, bu halda Alyansda iştirak etmək və bunun ABŞ üçün faydalı olduğunu demək çətindir: “Buna görə də bütün bunlar yenidən nəzərdən keçirilməlidir”.