İranda pilotun xilası zamanı 3 ABŞ hərbçisi yaralanıb

3 apreldə İran səmasında vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E qırıcı təyyarəsinin silah operatoru və onun xilas edilməsində iştirak edən helikopter heyətinin iki üzvü yaralanıb.

Azpost.info bildirir ki, bu barədə Associated Press (AP) agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə istinadən məlumat yayıb.

Hesabatda deyilir: “Yaralananlar arasında ötən həftənin sonlarında İran səmasında vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E qırıcı təyyarəsinin silah operatoru, eləcə də pilotu vurulan təyyarədən çıxarmaq üçün ilkin xilasetmə əməliyyatı zamanı atəşə tutulan vertolyot heyətinin iki üzvü var”-deyə hesabatda vurğulanır.

HH-60 Jolly Green II helikopterlərinin silahlı İran vətəndaşları tərəfindən atəşə tutulduğu aydınlaşdırılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.