Dövlətə məxsus neft şirkəti Saudi Aramco may ayında Arab Light xam neftinin qiymətini barel üçün 17 dollar artırıb.
Azpost.info bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Beləliklə, Səudiyyə Ərəbistanı Asiya üçün əsas xam neftinin qiymətini rekord həddə – 19,50 dollara qaldırıb.
Bu, indiyə qədərki ən böyük sıçrayışdır. Bu, həmçinin bütün digər neft növlərinin qiymətlərini də artırıb.
Yaxın Şərqdə artan münaqişə və İranın Hörmüz boğazını demək olar ki, tamamilə bağlaması enerji bazarlarını sarsıdır.