Prezident Trampın “bütün sivilizasiyanı məhv etmək” təhdidindən sonra İran ABŞ ilə birbaşa əlaqələri tamamilə kəsib.
Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Ünsiyyət artıq yalnız vasitəçilər vasitəsilə aparılır. Danışıqlar faktiki olaraq dayandırılıb.
ABŞ-ın vitse -prezidenti Vens isə Tehrana növbəti xəbərdarlığı suallar yaradıb. Onun sözlərinə görə, ABŞ bu axşama qədər Hörmüz boğazını açmaq tələbinə Tehranın cavabını gözləyir. Mövqeyi dəyişməzsə, yeni tədbirlər barədə xəbərdarlıq edir. “Onlar bilməlidirlər: arsenalımızda indiyə qədər istifadə etməkdə tərəddüd etdiyimiz alətlər var. ABŞ prezidenti onlardan istifadə etmək qərarına gələ bilər və iranlılar davranışlarını dəyişməsələr, bu qərarı verəcək”, – deyə Vens bildirib.
Bir çox rəylərdə bu taktiki nüvə silahına əl atılması kimi yozulub. Lakin Ağ Ev İrana nüvə zərbəsi endirmək planlarını təkzib edib.