İranla danışıqları ABŞ-ın vitse-prezidenti aparacaq

2242020266

ABŞ-ın vitse-prezidenti J.D. Vens, prezidentin xüsusi elçisi Stiv Vitkoff və Ağ Evin kürəkəni Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan İranla sülh danışıqlarında iştirakı gözlənilir.

Azpost.info bildirir ki, bu barədə CNN ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İslamabadda ABŞ-İran danışıqları vasitəçi kimi çıxış edəcək Pakistan nümayəndələrinin iştirakı ilə keçiriləcək. Hazırda Macarıstanda olan Vensin səfər proqramına İslamabad da əlavə edilə bilər.

Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ nümayəndə heyətlərini 10 apreldə danışıqlar üçün İslamabada dəvət edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.