srailin baş naziri Binyamin Netanyahu İranla əldə olunan atəşkəs razılaşmasının Livan və “Hizbullah”a aid olmadığını bildirib.
Bu barədə “Al Jazeera” məlumat yayıb.
Netanyahu qeyd edib ki, İsrail “Hizbullah”a qarşı zərbələri davam etdirəcək və Livandakı hücumlar bu qruplaşmanın mövqelərinə yönəlib.
Hökümət başçısı qarşıya qoyulan hədəflərə ya razılaşma, ya da hərbi əməliyyatların bərpası ilə nail olunacağını bildirib.
O qeyd edib ki, atəşkəs İsrail üçün gözlənilməz olmayıb və bu, kampaniyanın sonu deyil, yalnız məqsədlərə aparan mərhələdir.
Danışıqların da bu strategiyanın bir hissəsi olduğu vurğulanıb.
Baş nazir əlavə edib ki, zənginləşdirilmiş uran ya razılaşma yolu ilə İrandan çıxarılacaq, ya da hərbi əməliyyatların yenidən başlaması nəticəsində buna nail olunacaq.
Qeyd edək ki, qısa müddət öncə Ağ Ev də İranla əldə olunan atəşkəs razılaşmasının Livana şamil edilmədiyini açıqlayıb.