Zelenski Putinlə görüşə biləcəyi yeri açıqladı

Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyi yeri açıqlayıb.

Azpost.info bildirir ki, Zelenski İtaliyanın RAI telekanalına müsahibəsində deyib ki, Putinlə görüşü ABŞ-da və ya Yaxın Şərqdə baş tuta bilər.

Ukrayna prezidentinin sözlərinə görə, o, Rusiya prezidenti ilə görüşməyə hazırdır. Lakin bu, Moskvada və ya Kiyevdə olmayacaq. Zelenski əlavə edib ki, Yaxın Şərq, Avropa və ABŞ danışıqlar üçün məkan ola bilər.

Bundan əlavə, Zelenski əlavə edib ki, Vaşinqtonun İranla müharibəsi səbəbindən Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar təxirə salınıb. Lakin onlar gələcəkdə yenidən başlayacaq.

Daha əvvəl Vladimir Putin Vladimir Zelenski ilə görüşünün baş tuta biləcəyi bir sıra şərtləri açıqlayıb. Dövlət başçısı əlavə edib ki, bunun üçün hərtərəfli hazırlıq tələb olunur. Rusiya prezidenti həmçinin belə bir görüşün keçiriləcəyi yer kimi Moskvanı da göstərib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.