Prokurorluq Türkiyə Mason Lojası ilə bağlı qərar verdi-Loja rəhbəri həbs edilib

İstanbul Prokurorluğu Türkiyə Böyük Mason Lojasına müvəqqəti inzibatçı təyin edib. 

Azpost.info bildirir ki, Lojanın prezidenti Rəmzi Sanver “Can Holdinq”ə qarşı başladılan istintaq çərçivəsində 2025-ci ilin oktyabrında həbs olunub.

Mason Lojası bu səbəbdən ümumi yığıncaq keçirə bilmədiyini açıqlayıb. Prokuroluq da Lojaya müvəqqəti inzibatçı (qəyyum) təyin edib.

Loja üzvü  Əli Rza Aral tərəfindən Məhkəməyə təqdim edilən şikayətdə deyilir ki, Remzi Sanverə edilib və buna görə də Loja prezidenti vəzifəsini icra edə bilmir. Azad Masonların Böyük Lojasının Nizamnaməsinin 28-ci maddəsində deyilir: “Əgər Böyük Usta vəzifəsi ölüm, istefa və ya digər səbəbdən boş qalarsa, Böyük Loja üç ay ərzində Böyük Usta seçmək üçün toplanmalıdır.”

Yuxarıda qeyd edildiyi kimi, nizamnamədə göstərilən üç aylıq müddət 20 yanvar 2026-cı ildə başa çatıb. Lakin istefalar olmadığı üçün seçki keçiriləmib və prezident vəzifəsi boş qalıb. Buna görə də Assosiasiya prezidenti vəzifəsinə seçki keçirmək lazımdır. İdarəetmə Şurası nizamnamə tələbinə baxmayaraq ümumi yığıncaq çağırmadığı üçün bu şikayəti vermək zərurəti yaranıb.

Daxil olan şikayətə əsasən İstanbul Mülki Məhkəməsi Türkiyə Mason Lojasına müvəqqəti inzibatçı təyin edib. Şikayət üzrə məhkəmə iclası 20 oktyabr 2026-cı ildə keçiriləcək.

Sanver Can Holding”lə bağlı saxlanılıb. O,  “mənfəət əldə etmək məqsədilə cinayətkar təşkilatda iştirak etmək” və “cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması” ittihamları ilə həbs edilib.

Remzi Sanver 1970-ci ildə İstanbulda anadan olub. Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib və eyni təhsil müəssisəsində iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb. 2011-ci ildən 2015-ci ilə qədər İstanbul Bilgi Universitetinin rektoru vəzifəsində çalışıb.

1991-ci ildə İstanbuldakı Mason Lojasına qəbul edilib. 2010-cu ildən 2013-cü ilə qədər Böyük Usta vəzifəsində çalışıb və 2023-cü ildə yenidən bu vəzifəyə seçilib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.