“İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır” –NETANYAHU

İsrail İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

Azpost.info-nun məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Baş nair qeyd edib ki, İsrail Livanla davam edən danışıqlarla paralel olaraq Hizbullaha qarşı əməliyyatları davam etdirir.

“Amerikalı müttəfiqlərimiz bizi İranla əlaqələri barədə daim məlumatlandırırlar. Bizim məqsədlərimiz və ABŞ-ın məqsədləri üst-üstə düşür. Biz zənginləşdirilmiş uranın İrandan çıxarılmasını və İran daxilindəki uran zənginləşdirmə müəssisələrinin ləğv edilməsini istəyirik. Əlbəttə ki, əsas gəmiçilik boğazlarının yenidən açılmasını istəyirik”-deyə Netanyahu qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.