Tramp və Pezeşkian Pakistanda görüşə bilər –"İslamabad Bəyannaməsi" hazırlanır? /CNN

İran nümayəndə heyəti çərşənbə axşamı ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gələcək.

Azpost.info bildirir ki, bu bardə müzakirələrlə tanış olan İran mənbələri CNN-ə deyib.

Onların sözlərinə görə, nümayəndə heyətinin tərkibinin xarici işlər naziri Abbas Araqçi və Parlament sədri Məhəmməd Bağır Qalibafın da daxil olduğu əvvəlki tərkiblə eyni olacağı gözlənilir.

İran tərəfi çərşənbə günü atəşkəsin uzadılması ilə bağlı simvolik birgə bəyanatın veriləcəyini gözləyir.

Danışıqlar uğurlu olarsa və ABŞ prezidenti Donald Tramp İslamabada getməyə razı olarsa, İran prezidenti də iştirak edəcək.

Mənbələr əlavə ediblər ki, bu halda tərəflər birgə “İslamabad Bəyannaməsi”ni imzalayacaq “prezidentlərin birgə görüşü” baş tuta bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.