Rusiya–Ukrayna müharibəsində əslən Azərbaycandan olan daha bir hərbçi həlak olub.
Azpost.info bildirir ki, bu barədə Modern.az xəbər verib.
1996-ci ildə Bakıda anadan olmuş Sərxan Arzu oğlu Məmmədov Ukraynada döyüşlər zamanı həyatını itirib. O, Rusiya Silahlı Qüvvələrinin 1441-ci motoatıcı alayın baş leytenantı olub.
Sarxan Məmmədov Ukraynanın Zaporojye vilayətindəki Malaya Tokmaçka kəndi uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olub.
