Tədqiqatçı “Qar adamı” ilə qarşılaşdığını iddia edib

Amerikalı “Qar adamı”(Bigfoot-Yeti) tədqiqatçısı Todd Niess bu müəmmalı məxluqla qarşılaşdığı zaman qeyri-mütənasib uzun qol və ayaqlar gördüyünü iddia edib.

Azpost.info bildirir ki, o, bunu Fox News-a Ohayoda Bigfootların görülməsi ilə bağlı yeni məlumatları şərh edərkən bildirib.

30 ildən çoxdur ki, “Qar adamı” ilə bağlı məlumatları araşdıran Niessin sözlərinə görə, son aylarda Ohayonun şimal-şərqində sirli məxluq haqqında məlumatlar yenidən ortaya çıxmağa başlayıb.

Şahidlər iki-üç metr boyunda sıx tüklü bir məxluqun iki ayaq üzərində gəzdiyini gördüklərini iddia edirlər. Təxminən 43 santimetr uzunluğunda nəhəng ayaq izlərinin fotoları da sosial mediada yayılır.

Niess özü bu məxluqla ilk dəfə 1993-cü ildə Oreqonda hərbi təlimlər zamanı qarşılaşdığını söyləyir.

“Gördüklərim insana bənzəmirdi. Siluetin xüsusən də qol və ayaqların bədənə nisbətən uzunluğu qeyri-mütənasib idi”, – deyə tədqiqatçı bildirib.

Onun sözlərinə görə, məxluqlar 7 ilə 9 fut (təxminən 2,1 və 2,7 metr) boyunda, tüklü  və “çox idmançı” bədən quruluşuna malikdirlər.

Yerli tədqiqatçılar yeti xəbərlərinin artmasını şiddətli qış fırtınaları və meşəlik ərazilərin daşması ilə əlaqələndirirlər. Bunun da məxluqun insanlara yaxınlaşmağa məcbur etdiyi iddia edilir.

Yetinin mövcudluğunu dəstəkləyən heç bir elmi dəlil yoxdur. Bigfoot-un bəzi fotoşəkilləri və videoları saxtakarlıq kimi rədd edilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.