Norveçdə gəzinti zamanı yerli sakinlərdən biri vaxtilə qasırğa tərəfindən kökündən qoparılmış köhnə bir ağac görüb. Maraq onu yeri qazmağa məcbur edib: Bu zaman o, köklərinin altında yerdə qızıl parıltısı görüb.
Live Science xəbər verir ki, nəticədə yerin altından təxminən 1500 illik qılınc qınının bir parçası tapılıb.
Arxeoloqlar tapıntının eramızın VI əsrinə, Böyük Köç dövrünə aid olduğunu müəyyən etdilər. Bu, sadəcə dekorativ bir əşya deyil, olduqca yüksək statusa malik bir şəxsə məxsus qılınc qınının dəbdəbəli qızıl elementdir. Bəzək təxminən 33 qram qızıldan ağırlığında və təxminən 6 santimetr uzunluğundadır.
Səthi mürəkkəb heyvan mövzulu bəzəklərlə örtülmüş bu tapınıtının üzərində bir-birinə bağlı fiqurlar ilanlara və ya fantastik varlıqlara bənzəyir. Bu cür əşyalar güc, status və hərbi elitanın simvolu idi. Bütün Şimali Avropada yalnız təxminən 17 oxşar artefakt məlumdur.
Xüsusilə maraqlı olan odur ki, əşyanın təsadüfən itirilməməsi ehtimalı var. Alimlər qılıncın və ya onun bir hissəsinin qəsdən tanrılara “qurban” verildiyinə inanırlar.
Skandinaviya bu dövrdə iqlim fəlakətləri, vulkan püskürmələrindən sonra soyuq hava və ehtimal ki, epidemiyalarla çətin dövrlər yaşayırdı. Arxeoloqlar elitanın bu cür ritualları ali güclərin dəstəyini təmin etmək üçün həyata keçirdiyini irəli sürürlər.
Tapıntı əvvəllər zəngin artefaktlar və elit yaşayış məntəqələrinin izlərinin aşkar edildiyi cənub-qərbi Norveçdə qədim güc mərkəzi olan Hov yaxınlığında edilib. Bu, bölgənin II-VI əsrlər arasında mühüm siyasi və ritual mərkəzi olduğu nəzəriyyəsini gücləndirir.