Tramp və Çin sədri G20 sammitinin keçirilməsinə qərar verdi

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin 2026-cı ildə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) görüşünü və G20 sammitini keçirmək barədə razılığa gəliblər.

Azpost.info bildirir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

“Dövlət başçıları bir-birini dəstəkləmək və bu il qeyri-rəsmi APEC liderlərinin görüşünü və G20 sammitini keçirmək barədə razılığa gəliblər”,-deyə Sinxua xəbər agentliyi bildirib.

Agentlik aydınlaşdırıb ki, söhbət zamanı Tramp və Si Cinpin biznes liderləri ilə qarşılıqlı əlaqədə olublar və əvvəlki gün hər iki ölkənin iqtisadi və ticarət komandaları balanslı və müsbət nəticə əldə edə bilib. Agentliyin məlumatına görə, bu addımlar “bütün dünya xalqları” üçün xoş xəbərdir.

Elə həmin gün Pekində keçirilən danışıqlar zamanı Si Cinpin və Tramp Ukrayna, Yaxın Şərq və Koreya yarımadasını müzakirə ediblər. Qeyd olunub ki, liderlər bu məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Si Cinpin həmçinin ABŞ-Çin qarşılıqlı faydalı ticarət tərəfdaşlığının vacibliyini qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.