Mars planetində günəşin qurubu- NASA foto yaydı

NASA Marsda günəşin batmasını əks etdirən foto yayıb.
Azpost.info “Astronomiya” onlyan jurnalına istinadən bildirir ki, bu, Marsda çəkilmiş ən təsirli gün batımı fotolarından biridir.
Foto NASA-nın Curiosity roverindən çəkilib. Maraqlısı odur ki, Marsda gün batarkən səma Yer kürəsindən fərqli olaraq maviyə çalır. Bunun səbəbi Mars atmosferindəki çox incə toz hissəcikləridir. Toz, qırmızı işığı daha geniş yaydığı üçün Günəşin ətrafında mavi parıltı yaranır.
Fotodakı zəif işıq əslində Marsın soyuq və səssiz atmosferində Günəşin son şüalarının yayılmasıdır.
Mars səthində belə gün batımları daha tutqun görünür. Çünki planet Günəşdən Yerə nisbətən xeyli uzaqdadır.
Bu kadr insana başqa bir dünyada dayanıb üfüqə baxmağın necə hiss oluna biləcəyini təsəvvür etdirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.