Yaponiyada dənizin altında qədim şəhərin izləri tapıldı

Yaponiyanın cənub sahillərində aparılan sualtı araşdırmalar zamanı alimlər qədim yaşayış məskəninə aid ola biləcək yeni strukturlar aşkar ediblər.

Azpost.info xəbər verir ki, tapıntılar böyük daş pillələr, divar qalıqları və insan əli ilə düzəldildiyi ehtimal edilən platformalardan ibarətdir.

Tədqiqatçılar hesab edirlər ki, bu ərazi minlərlə il əvvəl dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalıb.

Bəzi alimlər tapıntının qədim şəhərin qalıqları olduğunu düşünsələr də, digərləri bunun təbii geoloji formalaşma ola biləcəyini bildirirlər.

Araşdırmaların nəticələri yaxın aylarda beynəlxalq elmi jurnallarda dərc ediləcək.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.