Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Maşınınızı etibarnamə ilə vermisiniz? –

User 09 İyun 2026 - 10:21 (Last updated: 09 İyun 2026 - 10:21)
Avtomobil

Avtomobil

Azərbaycanda avtomobillərin etibarnamə əsasında idarə olunması geniş yayılıb. Bir çox hallarda nəqliyyat vasitələrinin alqı-satqısı da məhz etibarnamə ilə həyata keçirilir.

Azpost.info bildirir ki, son illər bəzi sürücülərin qəza tarixçəsinə görə yüksək sığorta haqqı ödəməmək üçün avtomobili başqa şəxslərin adına etibarnamə verməsi hallarına da rast gəlinirdi. Lakin yeni dəyişikliklər bu imkanları məhdudlaşdıracaq.

Mərkəzi Bankın təsdiqlədiyi yeni qaydalara əsasən, avtomobil üzrə sığorta müqaviləsi bağlanarkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan bir neçə şəxs varsa, onların arasında ən yüksək risk göstəricisinə malik şəxsin sığorta tarixçəsi nəzərə alınacaq. Bu barədə Qafqazinfo saytı məlumat yayıb.

Bu o deməkdir ki, avtomobil sahibi qəza törətməsə belə, etibarnamə verdiyi şəxslərdən biri yüksək risk qrupundadırsa, sığorta haqqı arta bilər. Eyni zamanda, qəza törətmiş sürücülər avtomobili başqa şəxsin adına etibarnamə verməklə yüksək sığorta haqqından yayına bilməyəcəklər.

Yeni qaydaya görə, avtomobili idarə etmək hüququnun birdən çox şəxsə məxsus olması yalnız etibarnamə ilə deyil, həm də icarə müqaviləsi və digər hüquqi sənədlər əsasında müəyyən ediləcək. Bu şəxslərin hamısının sığorta tarixçəsi qiymətləndiriləcək.

Dəyişikliklər çərçivəsində hazırda tətbiq olunan “Bonus-Malus” sistemi də ləğv edilir. Onun yerinə fərdi sığorta tarixçəsinə əsaslanan yeni əmsal sistemi tətbiq olunacaq.

Yeni mexanizmə əsasən, üçüncü şəxslərin əmlakına və ya sağlamlığına zərər vurulması ilə nəticələnən hər hadisəyə görə sürücünün sığorta haqqına əlavə 30 faiz hesablanacaq.

Hazırkı qaydalara görə, avtomobili yalnız bir nəfər idarə etdikdə 1 əmsalı, iki və ya daha çox şəxs idarə etdikdə isə 1,15 əmsalı tətbiq olunur. Yeni qaydalara əsasən, 1,15 əmsalı yalnız avtomobili idarə etmək hüququ olan şəxslərin sayı beş və ya daha çox olduqda tətbiq ediləcək.

Qeyd edək ki, yeni sığorta qaydaları 16 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.

AzPost.az

Post navigation

Previous: Kolbasa sevənlərə xəbərdarlıq –
Next: Bakıda ata və oğlunun ölüm səbəbi məlum oldu –

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.