Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır –

User 09 İyun 2026 - 16:43 (Last updated: 09 İyun 2026 - 16:43)
Naxçıvan-Bakı avtobus reysləri

Naxçıvan-Bakı avtobus reysləri

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə AYNA-dan Azpost.info-ya bildirilib.

34 və 75 nömrəli şəhərdaxili, 122, 156, 156 A, 196, 218 və 510 nömrəli şəhərətrafı, Bakı–Qax, Bakı–Göyçay, Bakı–Sabirabad, Bakı–Ağsu, Bakı–Şamaxı, Bakı–İsmayıllı, Bakı–Nabran, Bakı–Quba, Sumqayıt-Qəbələ, Sumqayıt–Xankəndi–Laçın, Gəncə–Bərdə,  Gəncə–Mingəçevir, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Şəki– Mingəçevir, Şəki–Gəncə, Mingəçevir–Gəncə, Oğuz–Bərdə, Zərdab–Mingəçevir, İmişli–Sumqayıt, Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı, Masallı–Lənkəran, Mingəçevir–Bərdə, Mingəçevir–Yevlax, Yevlax–Mingəçevir, Mingəçevir–Goranboy və Nabran–Xudat şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 8 iyul 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Qax, Bakı–Göyçay, Bakı–Sabirabad, Bakı–Ağsu və Bakı–Şamaxı istiqamətlərində 5 lot üzrə iyulun 10-da;

Bakı–İsmayıllı, Bakı–Nabran və Bakı–Quba istiqamətlərində 5 lot üzrə iyulun 14-də;

Sumqayıt–Qəbələ, Sumqayıt–Xankəndi–Laçın, Gəncə–Bərdə,  Gəncə– Mingəçevir və Gəncə–Gədəbəy istiqamətlərində 5 lot üzrə iyulun 17-də;

Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Şəki–Mingəçevir və Şəki–Gəncə istiqamətlərində 5 lot üzrə iyulun 21-də;

Mingəçevir–Gəncə, Oğuz–Bərdə, Zərdab–Mingəçevir və İmişli–Sumqayıt istiqamətlərində 5 lot üzrə iyulun 24-də;

Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı, Masallı–Lənkəran və Mingəçevir–Bərdə istiqamətlərində 5 lot üzrə iyulun 28-də;

Mingəçevir–Yevlax, Yevlax–Mingəçevir və Mingəçevir–Goranboy istiqamətlərində 3 lot üzrə iyulun 31-də;

Nabran–Xudat şəhərlərarası,  paytaxtın 156 nömrəli (Hökməli qəsəbəsi – metronun “Memar Əcəmi” stansiyası), 156A nömrəli (Hökməli qəsəbəsi (20 Yanvar küçəsi) – metronun “Memar Əcəmi” stansiyası) şəhərətrafı avtobus marşrutları üzrə 3 lotda iyulun 31-də;

34 nömrəli (Badamdar qəsəbəsi, 3-cü massiv – Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu), 75 nömrəli (Yeni Yasamal yaşayış massivi (M.Xiyabani küçəsi) – Kamil Rəhimli küçəsi (Yasamal yaşayış kompleksi)) şəhərdaxili, 122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi), 196 nömrəli (Çeyildağ qəsəbəsi – Lökbatan qəsəbəsi), 218 nömrəli (Türkan qəsəbəsi – metronun “Əhmədli” stansiyası), 510 nömrəli (Çaylı kəndi – Müşfiqabad qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda avqustun 4-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

AzPost.az

Post navigation

Previous: Paşinyanın rəqibi Qaqik Tsarukyana ölkədən çıxış qadağası qoyuldu
Next: Kremldən Avropaya mesaj –

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.