Azərbaycanda partiyaların gəlirləri açıqlandı –Kim nə qədər pul qazanıb?

Mərkəzi Seçki Komisisyası 2025-ci il üzrə ölkədə fəaliyyət göstərən siyasi partiyaların maliyyə hesabatlarını açıqlayıb.
Azpost.info bildirir ki, fəaliyyət göstərən 26 siyasi partiyadan yalnız 11-i üzvlük haqqı yığa bilib.
Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası (YAP) toplayıb. YAP-ın gəliri 47 milyon 478 min olub.
Partiyanın ötən il üzvlük haqlarından əldə etdiyi gəlir 33 milyon 936 min 225 manat olub.
Bu göstərici əvvəlki ildə 31 milyon 387 min 950 manat idi.
Bundan əlavə, YAP-a dövlət büdcəsindən 3 milyon manat maliyyə yardımı edilib.
Müsavat Partiyasının illik gəliri 60 min 586 manat olub.  Partiyaya üzvlük haqqından pul daxil olmayıb. Ötən il 20 min manat ianə qeydə alınıb. Bundan başqa 40 min 586 manat dövlət yardımı alıb.
Azərbaycan Xalq Partiyasının illik gəliri 3195 manat olub. 850 manat dövlət yardımı alıb.
KXCP -nin üzvlük haqqından gəliri 10431 manat olub. 50 manat dövlət yardımı verilib.
REAL Partiyasının ötən ildəki gəliri 304946 manat olub. Partiyaya üzvlük haqları daxil olmayıb.
Ədalət Partiyasının gəliri 8917 manat olub. Üzvlük haqqı yığılmayıb. 7905 manat ianə və 1012 manat dövlət yardımı əldə edib.
AMİP-in ötən ilki gəliri 304946 manat olub. Partiya üzvlük haqqı yığmayıb, ianə almayıb. Yalnız dövlət yardımı ilə fəaliyyət göstərib.
Vəhdət Partiyasının keçən il gəliri 7500 manat olub. Partiya üzvlük haqqı almayıb. Dövlət yardımı da edilməyib.
Milli Cəbhə Partiyası da ötən il 304946 manat pul əldə edib. Bu pul dövlət yardımı kimi verilib.
Haqq-Ədalət Partiyasının keçən ilki gəliri 3413 manat olub. HƏP 1323 manat üzvlük haqqı yığıb, dövlətdən 2090 manat yardım alıb.
Vətəndaş Həmrəyliyi Partiyasının gəlirləri 379 min 185 manat olub. Partiyaya üzvlük haqqı daxil olmayıb. Qeyd edilən məbləğ dövlət yardımıdır.
Ağ Partiyanın ötən il gəliri 22675 manat olub. Bunun 21min 500 manatı üzvlük haqqı, 1175 manatı dövlət dəstəyidir.
ƏHD Partiyası da ötən ilki gəliri 338724 manat olub.
Böyük Quruluş Partiyası da ötən il gəliri 305146 manat olub.
Müasir Müsavat, Ümid Partiyası,Gələcək Azərbaycan Partiyası, ADP və AXCP maliyyə hesabatı təqdim etməyib.
A.Əliyev

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.