Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib

Vəfat
Vəfat
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib.
Bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.
Bildirilib ki, onlardan 33-ü bakalavriat, 5-i magistratura, 67-si tam orta ixtisas, 95-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olublar.
Bundan başqa, 2025-ci ildə akademik borca görə 938, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 926 , təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 12 969 tələbə universitetdən xaric edilib.
Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 115-dir.
Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı isə 114 nəfərdir. (Report)

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.