Xəbər verdiyimiz kimi Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
“Flora xanımın səhhəti yaxşıdır, müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarına əsasən evə buraxılıb”, – o bildirib.
Flora Kərimovanı xəstəxanın qapısında pərəstişkarları qarşılayıb. Bununla bağlı görüntülər paylaşılıb.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.