“Sosial Dayaq” İctimai Birliyi “Sağlamlıq imkanları məhdud uşaqlara dəstək” layihəsinin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Siyəzən rayonunda həyata keçirilir. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar müəyyən olunacaq, onların ehtiyacları mütəxəssislər tərəfindən öyrəniləcək və hər bir uşağa ehtiyacına uyğun dəstək gösdəriləcəkdir. Təlimlər uşaq mütəxəssisləri tərəfindən aparılacaq.
Təlimlər zamanı yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda təlim qaydaları hazırlanacaq. Təlimlərdə valideyinlər də iştirak edəcəklər. Onlar öz uşaqları ilə ünsiyyət qurmaq, onlara erkən yardım göstərmək bacarıqları əldə edəcəklər.
Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları barədə məlumatlar veriləcək. Uşaqların sosial bacarıqlar əldə etməsinə, fiziki-mənəvi inkişafına, digər uşaqlarla bərabər cəmiyyətdə müstəqil iştirak etməsinə dəstək göstərəcəkdir.




