Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd kamikadze dronu buraxıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da bildirib.

“Dronlardan biri böyük və çox bahalı bir yük gəmisinin göyərtəsinə dəyib. Gəmi zədələnsə də, yoluna davam edə bilib. Daha üç dronu vurduq. Aydındır ki, bu, atəşkəs razılaşmamızın axmaqcasına pozulmasıdır”, – Tramp qeyd edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.