Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəsdəyi ilə Siyəzən rayonunda həyata keçirilir.
Layihədə 18 yaşa qədər xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideyinləri iştirak edirlər.
Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar müəyyən olunmuş, onlara ehtiyaclarına uyğun dəstək göstərilir.
Təlimlər uşaq mütəxəssisləri tərəfindən aparılır. Təlimlər zamanı yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda təlim qaydaları hazırlanır. Hərəkət məhdudiyyətli uşaqların ailələrinə gedir, onlara evlərində dəsdək oluruq.
Təlimlərdə valideyinlər də iştirak edirlər. Onlar öz uşaqları ilə ünsiyyət qurmaq, onlara erkən yardım göstərmək bacarıqları əldə edirlər. Valideynlər uşaqları ilə ev şəraitində necə məşğul olacaqları barədə məlumatlandırılır.
Layihə rəhbəri Qərənfil Niftəliyeva bildirib ki, məqsədimiz uşaqların sosial bacarıqlar əldə etməsinə, fiziki-mənəvi inkişafına dəstək olmaqdır.




