Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Alimlərdən ciddi xəbərdarlıq:

User 21 İyul 2026 - 08:30 (Last updated: 21 İyul 2026 - 08:10)
gemi firtina

Yer kürəsinin iqlimi vahid və bir-biri ilə sıx əlaqəli sistemdir. Məsələn, Saxara səhrasından qalxan toz hissəcikləri Amazoniya meşələrinə qədər çataraq ekosistemləri qida maddələri ilə təmin edir, mikroorqanizmlər isə hava axınları ilə minlərlə kilometr məsafə qət edə bilir.

Azpost.info xəbər verir ki, bu barədə Nature Communications jurnalında dərc olunan araşdırmada bildirilir.

Alimlərin fikrincə, qlobal iqlimə təsir edən əsas mexanizmlərdən biri Atlantik Meridional Dövranı (AMOC) adlanan nəhəng okean cərəyanları sistemidir. Bu sistem zəifləyərsə, Kaliforniya sahillərində güclü fırtınaların sayı arta və dünyanın müxtəlif bölgələrində ciddi iqlim dəyişiklikləri baş verə bilər.

AMOC tropik zonalardan isti su kütlələrini Avropa sahillərinə daşıyır, soyumuş suları isə Atlantik okeanının dərin qatları ilə yenidən cənuba qaytarır. Lakin alimlər bildirirlər ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi bu dövranı tədricən zəiflədir və onun gələcəkdə tam dayanması riskini artırır.

Belə bir ssenarinin nə vaxt baş verə biləcəyi hələ də elmi müzakirə mövzusudur. Bununla belə, yeni araşdırma mümkün nəticələri qiymətləndirməyə imkan verib. Bunun üçün mütəxəssislər uzun illər ərzində toplanmış atmosfer məlumatlarını və NASA-nın iqlim modellərini təhlil ediblər.

Atmosfer çayları daha da güclənə bilər

Araşdırma göstərib ki, AMOC-un zəifləməsi “atmosfer çayları” adlanan hava axınlarına birbaşa təsir edir. Bunlar böyük miqdarda rütubət daşıyan dar hava axınlarıdır və onların daşıdığı su həcmi bəzən Missisipi çayının axınından onlarla dəfə çox olur.

Tədqiqatçıların hesablamalarına görə, qlobal istiləşmə fonunda qərb küləklərinin qütblərə doğru sürüşməsi atmosfer çaylarının orta hesabla 50 faiz daha tez-tez yaranmasına səbəb ola bilər. Üstəlik, onlar daha uzunmüddətli olacaq və daha çox rütubət daşıyacaqlar.

Araşdırmanın aparıcı müəllifi Moxima Mimi bildirib ki, AMOC-un qlobal iqlim sistemində mühüm rol oynadığı və onun zəiflədiyi məlum idi. Lakin bu prosesin Atlantik okeanından kənarda atmosfer rütubətinə və fırtınalara necə təsir göstərə biləcəyi indiyədək tam aydın deyildi.

Hansı bölgələr daha çox risk altındadır?

Alimlərin qiymətləndirməsinə görə, AMOC-un zəifləməsi atmosferdə istilik və rütubətin yenidən paylanmasına səbəb olacaq. Nəticədə Şimal yarımkürəsində rütubət azalacaq, Cənub yarımkürəsində isə artacaq.

Bu dəyişikliklər Şimali Amerikanın qərb sahillərində, Qərbi Avropada, Antarktidada atmosfer çaylarının və güclü yağıntıların daha tez-tez baş verməsinə gətirib çıxara bilər. Ən ciddi təsirlərin Kaliforniyada müşahidə olunacağı proqnozlaşdırılır. Çünki atmosfer çayları bu bölgənin su ehtiyatlarının formalaşmasında mühüm rol oynasa da, eyni zamanda böyük daşqınlar riskini artırır.

Bundan əlavə, Antarktidada buzlaqların daha sürətlə əriməsi dünya okeanının səviyyəsinin yüksəlməsini də sürətləndirə bilər.

Bəzi bölgələrdə isə yağıntılar azalacaq

Araşdırmaya görə, Arktika, Qrenlandiya, Şimali Asiya, Avstraliyanın şimalı və Sakit okeanın cənub hissəsində atmosfer çaylarının sayı əksinə, azala bilər. Buna səbəb həmin ərazilərdə havadakı rütubətin azalmasıdır. Alimlər vurğulayırlar ki, bu dəyişikliklərin miqyası gələcəkdə istixana qazlarının atmosferə buraxılma səviyyəsindən birbaşa asılı olacaq.

Tədqiqat müəlliflərinin qənaətinə görə, Atlantik Meridional Dövranındakı dəyişikliklər təkcə Atlantik okeanı ilə məhdudlaşmır. Bu proses dünyanın müxtəlif bölgələrində fırtınaların güclənməsinə, tropik yağıntı zonalarının yerini dəyişməsinə və qlobal iqlim sistemində ciddi dəyişikliklərə səbəb ola bilər.

N.Talıbov

AzPost.az

Post navigation

Previous: Telefondan enerji yığarkən istifadə etmək olarmı?
Next: Süni intellektlə hazırlanmış saxta şəkilləri necə tanımaq olar?

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.