Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Bu prosedurları keçənlərin təhsil haqqını dövlət ödəyəcək

Orkhan Ali 06 Avqust 2026 - 17:00 (Last updated: 06 Avqust 2026 - 15:46)
tehsil

Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrində uşaqların təhsil haqqının dövlət tərəfindən maliyyələşdirilməsinə başlanılır. Bu layihə çərçivəsində güzəştli yerlər ilk növbədə uşaqların yaşı, yaşayış ərazisi və müəyyən edilmiş sosial meyarlar əsasında elektron sistem vasitəsilə bölüşdürüləcək.

Bəs kimlər bu fürsətdən yararlana bilər? Ümumi prosedur necə tənzimlənəcək?

Mövzu ilə bağlı Plat.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, təşəbbüs bir sıra halları nəzərə aldıqda faydalıdır:

“Bildiyiniz kimi, cənab Prezidentin valideyn-dövlət-özəl əməkdaşlığı ilə bağlı xüsusi sərəncamı var idi. Bu xüsusilə bağçalara şamil olunmuşdu. Bağçalarda həm valideynlərin ümumi olaraq prosesə müəyyən qaydalar çərçivəsində cəlb olunması, eləcə də dövlət tərəfindən özəl bağçaların maliyyələşdirilməsi sisteminin tətbiq olunması nəzərdə tutulurdu. Bu, beynəlxalq təcrübədə də öz əksini tapmışdı və çox müsbət bir nəticə verilmişdi. Hal-hazırda təhsili inkişaf edən ölkələrin əksəriyyətində eyni sistem keçərlidir. Hətta Avropanın inkişaf etmiş ölkələri, eləcə də ABŞ, Kanadada bu sistem çox uğurlu nəticə verib”.

Ekspert Azərbaycanda sözügedən sistemin tətbiqinin detallarını açıqlayıb:

“Bizdə də bunun tətbiq olunması istiqamətində Sərəncamdan irəli gələn məsələlər Nazirlər Kabinetinin xüsusi təsdiqləməsi, eləcə də məsələnin Elm və Təhsil Nazirliyinə həvalə edilməsi istiqamətində müvafiq addımlar atıldı. Baş nazir Əli Əsədov müvafiq qərara əsasən məsələnin tənzimlənməsi həyata keçirildi və öhdəlik Elm və Təhsil Nazirliyində formalaşdırılmış 5 nəfərlik işçi qrupuna verildi. Onlar tərəfindən prosedur təqib və icra olunacaq.

Bəs seçim necə aparılacaq? Birincisi, həmin təhsil müəssisələri – özəl təhsil müəssisələri – elektron formada layihədə iştirak etmək üçün müraciət göndərəcək. Müraciətdə layihənin bütün şərtləri qəbul olunacaq və müraciət Elm və Təhsil Nazirliyinin işçi qrupu tərəfindən müsbət qəbul olunduqdan sonra həmin təhsil müəssisələri, yəni özəl bağçalar artıq ümumi olaraq layihənin bir tərəfdaşı, iştirakçısı olacaqlar.

Elm və Təhsil Nazirliyinin vətəndaşların müraciəti üçün açılan elektron sistemdə həmin özəl bağçaların siyahısı görünəcək. Valideyn həmin siyahıdan seçimini həyata keçirmiş olacaq.

Burda məsələ odur ki, layihəyə ayrılan məbləğlər öncədən təyin olunur. Verilen qiymətləndirilmə ki var, həmin qiymətləndirilmədən çox olmamaq şərtilə qəbul aparılacaq. Misal üçün, Bakı şəhərində 350 manat və regionlarda 250 manat olmaqla ödənişlərin böyük qismi dövlət tərəfindən verilir. Təxminən 70%-i dövlət tərəfindən qarşılanır, qalan hissəsi isə valideyn tərəfindən ödənilir. Bu çox gözəl bir təşəbbüsdür. Valideynlərin prosesə daha çox cəlb olunması və yaxud bağçaların daha yüksək məbləğlər təklif etməməsi kimi prosedurlar həyata keçiriləcək. Daha yüksək məbləğ tətbiq edən bağçalar, əgər layihənin iştirakçısı olmaq istəyirsə, məcbur həmin qiymətlərlə razılaşacaq və layihənin iştirakçısına çevriləcəklər. Beləcə, nizamsız qiymət artımı olmayacaq. Çünki valideynlər uşaqlarını bağçalara qoyarkən, bu layihənin iştirakçısı olanlara üstünlük verəcəklər. Bağçalar da xidmət göstərilməsi üçün layihəyə qoşulmağa təşəbbüs göstərəcək. Bu da əlbəttə ki, vətəndaşlarımız üçün, cəmiyyətimiz üçün çox faydalıdır”.

Bəs valideyn seçimini necə eləyəcək? Ekspert bu sualı da cavablandırıb:

“İlk növbədə buna diqqət yetirilir: uşağın yaşı və yaşadığı ərazi. Yaşadığı ərazi və xüsusi meyarlar var. Misal üçün, şəhid ailələri və yaxud valideyn himayəsindən məhrum olmuş uşaqların, həmçinin müharibə iştirakçısının uşaqlarının kateqoriyalar tənzimləndikdə yaşayış ərazisinə uyğun olaraq yerləşdirilməsi təsdiqlənəcək və dövlətin maliyyələşdirilməsi istiqamətində müvafiq tədbirlər görüləcək”

Həmsöhbətimiz sözlərini belə yekunlaşdırıb:

 

“Ümumiyyətlə bu sistemin faydaları çox olacaq. Həm valideynlər rahat şəkildə öz övladlarını oxutdura biləcəklər, həmçinin də qiymət məsələsində fantastik qiymətlər olmayacaq. Standart qiymətlər tətbiq olunacaq və onun 70%-i dövlət tərəfindən veriləcək . Qalan hissəsi isə valideyn tərəfindən ödəniləcək”.

AzPost.az

Post navigation

Previous: AAYDA ilə bağlı QALMAQAL
Next: “Kaş bu günlərimdə yanımda olardın, ata…”

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.