Azərbaycan və Özbəkistan prezidentləri bir-birini iki ölkənin ən yüksək dövlət təltifləri ilə mükafatlandırıblar.
Azpost.info xəbər verir ki, Özbəkistan və Azərbaycan prezidentlərinin ali dövlət mükafatları – “Heydər Əliyev” ordeni və “Oliy Darajali Dustlik” ordeni ilə təltif olunması mərasimi keçirilib.
Təltifetmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.
İki dövlət başçısının ali dövlət ordenləri ilə qarşılıqlı təltif olunması Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsindən əbədi dostluq mərhələsinə yüksəlməsinin rəmzi kimi qiymətləndirilir.

