İranın bu ilin avqust ayının 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə sazişinə qoşulmağa dəvət edildiyi bildirilir.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Məlumata görə Tehran hazırda dəvəti nəzərdən keçirir.
İranın sazişə qoşulmağa təklif alması ilə bağlı məlumat hələ İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən rəsmi təsdiqlənməyib.
Qeyd edək ki, Türkiyə sazişin gələcəkdə digər ölkələrin də iştirakı ilə genişləndirilə biləcəyini açıqlamışdı.