Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısında keçirilən təxribat xarakterli aksiyaya görə məsuliyyəti Eduard Limonovun yaratdığı “Milli Bolşevik Partiyası”nın tərəfdarları üzərinə götürüblər.
Onlar səfirliyin qarşısında Azərbaycan əleyhinə plakatlar yerləşdiriblər. Plakatlarda “Rus vətəndaşlarından əl çəkin!”, “Rus qanı sizin əllərinizdədir!” və digər ittiham xarakterli şüarlar yer alıb.
Aksiyanın keçirilməsi Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyasına səbəb olub.
Bakı Rusiyadan araşdırma tələb edir
Azərbaycan XİN-i avqustun 27-də günorta saatlarında səfirliyin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkə əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyib.
Nazirlik bildirib ki, bu qəbuledilməz təxribat Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə bilər.
XİN, həmçinin hadisənin son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan “çirkin və qərəzli kampaniyanın” tərkib hissəsi olmasının istisna edilmədiyini qeyd edib.
Azərbaycan tərəfi Rusiyanın aidiyyəti qurumlarını hadisəyə lazımi hüquqi qiymət verməyə, insidenti hərtərəfli araşdırmağa və belə halların təkrarlanmaması üçün tədbirlər görməyə çağırıb.
Nadir