“Reuters”in məlumatına görə, ABŞ-İran münaqişəsi fonunda Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixracının kəskin azalması ölkəyə 24 milyard dollar zərər vurub. Bu məbləğ Qətərin təxminən beş aylıq gəlirinə bərabərdir.
Müharibənin başlamasından altı ay sonra Qətər iqtisadi baxımdan münaqişədən ən çox zərər çəkən ölkələrdən birinə çevrilib. Ölkənin LNG ixracı 96 faiz azalıb.
Qətərlə yanaşı, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq və Küveytə neft ixracında da azalma qeydə alınıb. Lakin bu ölkələrdə azalma Qətərin qaz ixracındakı geriləmə qədər kəskin olmayıb.
Məlumata görə, Fars körfəzinin digər neft ixracatçıları Hörmüz boğazından nefti gizli yollarla çıxarmağa nail olublar. Qətər isə eyni müddətdə cəmi 18 LNG partiyası ixrac edə bilib. Ötən ilin eyni dövründə bu göstərici 509 partiya olub.
Münaqişədən əvvəl Qətər dünya üzrə gündəlik LNG tədarükünün təxminən beşdə birini təmin edirdi.
Qətərin qaz ixracının belə kəskin azalması qlobal enerji bazarında da ciddi risklər yaradıb. Hörmüz boğazında yaranan problemlər Yaxın Şərqdən enerji tədarükünün sabitliyi ilə bağlı narahatlıqları artırıb.