Müəllimlərin əməkhaqqına 35 faiz əlavə –Müsahibə mərhələsi başlayır

İmtahan
İmtahan

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müsahibənin keçiriləcəyi tarix və məkanla bağlı məlumatlarla tanış ola bilərlər.

Məlumata görə, sentyabrın 2-dən etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi keçiriləcək.

Test imtahanında keçid balını toplayan müəllimlərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə göstərən şəxslərin isə əməkhaqqına 35 faiz əlavə tətbiq olunacaq.

Əlavələr yalnız müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına şamil ediləcək.

Agentlik müsahibə mərhələsində iştirak edəcək müəllimlərə şəxsi kabinetlərində göstərilən tarix və məkana uyğun olaraq prosesdə iştirak etmələrini tövsiyə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.