Ukrayna Rostovda neft terminalı, körpü və iki gəmiyə zərbə endirib

Rusiya ərazisində Rostov-na-Donu şəhərində neft məhsullarının yüklənməsi terminalına və dəmir yolu körpüsünə hücum edilib, bölgədə qatarların hərəkətində gecikmələr yaranıb.

Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat yayıb.

Onun sözlərinə görə, hücumlar nəticəsində altı nəfər tibbi yardım üçün müraciət edib. Onlardan ikisinin vəziyyəti orta ağırdır, daha bir yaralıya təcili cərrahi müdaxilə göstərilir.

Rostov-na-Donuda bir neçə çoxmərtəbəli və fərdi yaşayış evi, Batayskda isə yaşayış olmayan yeni tikili binası zərər görüb. Azov şəhərində iki gəminin də zədələndiyi bildirilir.

“Astra”nın məlumatına görə, Rostov-na-Donunun Jelezno­dorojnı rayonunda Novoshaxtinsk Neft Məhsulları Zavoduna məxsus neft məhsullarının daşınması terminalı hücuma məruz qalıb. Hadisə nəticəsində terminalda yanğın baş verdiyi bildirilir.

Bundan başqa, PUA hücumu nəticəsində Rostov–Bataysk dəmir yolu sahəsindəki açılan körpü zədələnib. Şimali Qafqaz Dəmir Yolunun mətbuat xidmətinin məlumatına görə, hadisə səbəbindən 14 sərnişin və iki şəhərətrafı qatar 57 dəqiqədən 3 saat 40 dəqiqəyədək gecikib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.