Rusiya Ukraynanın enerji sistemini vurdu –Zelenski ABŞ-a müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya bu gecə Kiyev, Kiyev vilayəti və Xarkovda enerji sisteminə və kritik infrastruktura qarşı 39 ballistik raketdən, eləcə də 120-dən çox zərbə dronundan və dolaşan sursatdan istifadə edib.

Zelenski bu barədə özünün Telegram kanalında yazıb.

“Rusiyanın dəqiq hədəflənmiş ballistik zərbəsi məhz ABŞ prezidentinin atəşkəs elan etdiyi enerji infrastrukturuna endirilib. Hücum tamamilə şüurlu şəkildə həyata keçirilib. Rusiyanın ABŞ-a bu cür nümayişkaranə hörmətsizliyi əvvəllər görünməmişdi.
Rusiya ABŞ prezidentinin bəyanatlarını güclü hesab etmir. Ən azı 600 min insan elektrik enerjisiz qalıb. Daha genişmiqyaslı elektrik kəsintiləri də baş verə bilər. Təəssüf ki, ölənlər və yaralananlar var.
Biz ABŞ-dan və dünyada reallığa göz yummayan hər kəsdən sərt reaksiya verməyi xahiş edirik. Rusiya gərginliyi azaltmaq fürsətini əldən verdi və məhvetmə məqsədi daşıyan mənasız müharibəsini davam etdirməyi açıq şəkildə seçdi.
Prezident Trampdan Rusiyaya qarşı SƏRT sanksiyalar tətbiq etməyi xahiş edirik. Xüsusilə də ona görə ki, bu yaxınlarda qəbul edilən və imzalanan Lindsi Qrehemin qanunu buna imkan verir.
ABŞ prezidentinin güc, ədalət və təcavüzkara təzyiq vasitəsilə sülhü yaxınlaşdırmaq üçün bütün alətləri var. Ukraynaya “Patriot” sistemləri üçün əlavə raket əleyhinə müdafiə paketlərinin verilməsini xahiş edirik.
Dünyanın heç bir ölkəsi Rusiya kimi qeyri-adekvat bir subyektlə üz-üzə qalaraq tək buraxılmamalıdır”, – deyə Zelenski vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.