Hakerlər ölkədə “virus üçün ianə” adı ilə adamlardan pul qoparmağa çalışır –Dövlət Agentliyi xəbərdarlıq etdi

Son günlər koronavirus pandemiyası ilə əlaqədar hər kəsin internetdən kütləvi istifadə etdiyi bir vaxtda hakerlər bu fürsətdən yararlanaraq fişinq hücumları, saxta domen və məlumatlarla insanları kampaniya və ya ianə adı ilə aldatmağa çalışır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, bu səbəbdən Mərkəz pandemiya ilə əlaqədar saxta ianə, kampaniya və digər mənbəyi dəqiqləşdirilməmiş keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.

“İstifadəçilər saxta ianə və kampaniyalar barədə məlumat əldə etdikdə dərhal Mərkəzə müraciət edə bilər”, – deyə Mərkəzdən bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir