Bulvar və parklarda uşaq əyləncə mərkəzləri işləməyəcək –QƏRARGAH

“Bakı bulvarında sosial məsafəyə ciddi riayət ediləcək”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Bayramlı deyib ki, vətəndaşlar indidən özlərini bu qaydalara ciddi riayət etməyə alışdırmalıdırlar: “Bulvar və parklara giriş-çıxış sərbəst olsa da, sosial məsafə qorunmalıdır, 1,5-2 metr məsafə olmalıdır. Uşaq əyləncə mərkəzləri, attraksionlar işləməyəcək, buna nəzarət ediləcək. Eyni zamanda 10 nəfərdən artıq qruplar halında toplaşmaq qadağandır, karantin rejimini qaydaları pozularsa, müvafiq tədbirlər görüləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir