Həcc ziyarəti ilə bağlı ödənişlərin qaytarılması yekunlaşmaq üzrədir –QMİ

Həcc ziyarəti
Həcc ziyarəti

Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduqdan sonra ziyarət üçün ödəniş edənlərin xeyli hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, ödəniş edən şəxslərin böyük əksəriyyəti artıq öz vəsaitini geri götürüb. Təqribən 10 nəfərə yaxın qalıb ki, onlar da ödənişlərini bu günlərdə alacaqlar.

Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.

Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.

Ümumilikdə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib. Ziyarətin qiyməti 4 490 dollar olub. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir