Cəbrayıl, Füzuli və Ağdamda 2200 hektardan çox ərazi minalardan təmizlənib

“Bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2200 hektardan çox əkin sahələri üçün yararlı ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib”.

Bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanın müavini polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, bu ərazilərin əksər hissəsində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədi ilə əkin işləri aparılır: “Əlavə olaraq 92 hektar digər təyinatlı ərazilərdə tam təmizlənmə işləri aparılıb”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir