“A-50″ təyyarəsinin məhvi Rusiya üçün ağır itkidir”- Politoloq

“A-50-nin məhvi, üstəlik onu idarə edən nadir mütəxəssislərin ölümü Rusiya üçün ağır itkidir”.

Azpost.info xəbər verir ki, bunu politoloq, siyasi şərhçi Şahin Cəfərli deyib.

“A-50 unikal təyyarədir. Uzaq mənzilli hava hədəflərini aşkar edir, göyərtəsində erkən hava xəbərdarlığı və idarəetmə sistemi quraşdırılıb. Bu sistem qanadlı və ballistik raketlərin buraxılışını, hava hücumundan müdafiə əməliyyatlarını izləyə və qeydə ala bilir. Azı 350 milyon dollar dəyərində olan bu təyyarələr Rusiyada çox məhdud sayda – cəmi 9 ədəd idi. Daha bir A-50 ötən ilin fevralında Belarusun Maçulişşi aerodromunda ukraynalı diversantlar tərəfindən sıradan çıxarılmışdı.

İl-22M isə döyüş əməliyyatları zamanı qoşunların idarə edildiyi hava komandanlığı məntəqəsidir. Ötən ilin iyununda Priqojinin qiyamı zamanı bir İl-22 vaqnerçilər tərəfindən Voronej üzərində vurulmuş və 10 ekipaj üzvü ölmüşdü”, – Şahin Cəfərli bildirib.

Qeyd edək ki, Azov dənizi üzərində Rusiyanın A-50 və İl-22 M təyyarələri vurulub. İl-22-nin Anapa hava limanına qəza enişi etdiyi bildirilir, A-50 isə Azovun soyuq sularına qərq olub.

Azpost.info

Əvvəlki məqalə

Davosda Dünya İqtisadi Forumu başlanır

Sonrakı məqalə

“Bakıda sexdə baş verən partlayışla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir”