Abramoviç “Çelsi”ni 4,25 milyarda satdı –Klubun yeni sahibi kimdir?

Rusiyalı milyarder Roman Abramoviç “Çelsi” futbol klubunu 4,25 milyard funt sterlinqə ABŞ investorlarından ibarət konsorsiuma satmaq üçün müqavilə imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə bu gün klubun saytında məlumat verilib.

Sövdələşmənin ümumi məbləğindən 2,5 milyard funt sterlinqin “Çelsi”nin səhmlərinin alınmasına yönəldiləcəyi bildirilir. Abramoviç təsdiqləyib ki, bu gəlirlər xeyriyyə məqsədləri üçün ianə etmək niyyəti ilə Britaniya bank hesabına köçürüləcək. “Britaniyada dondurulmuş bank hesabından pul köçürmək üçün hökumətin icazəsi lazımdır”, – açıqlamada deyilir.

Klubun yeni sahibləri onun inkişafına – “Stamford Bridge” stadionuna, futbol akademiyasına və qadınlardan ibarət komandaya 1,75 milyard funt sterlinq əlavə investisiya yatıracaqlar. Satış rəsmi şəkildə tamamlanmazdan əvvəl ABŞ investoru Britaniya hökumətindən və İngiltərə Premyer Liqasından razılıq almalıdır.

Britaniya hökuməti klubu satmaq üçün yeni lisenziya verməlidir, çünki köhnəsinin müddəti mayın 31-də başa çatır. “LA Dodgers”in ortaq sahibi və “Eldridge Industries”in qurucusu Tod Boulinin “Çelsi”də konsorsiumun əsas nümayəndəsi olacağı gözlənilir. Baxmayaraq ki, ən böyük pay ABŞ-ın özəl kapital firması “Clearlake Capital”da olacaq.

Azpost.info

Əvvəlki məqalə

Aprel ayında ixrac 3,8 milyard dolları təşkil edib

Sonrakı məqalə

İtaliya Putinin 750 milyonluq yaxtasına həbs qoydu