ABŞ 10 minədək hərbçisini Şərqi Avropadan çıxara bilər

ABŞ Müdafiə Nazirliyi 10 minədək hərbçisini Şərqi Avropadan çıxarmağı planlaşdırır.

NBC televiziyası bu barədə amerikalı və avropalı rəsmilərə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, Birləşmiş Ştatlara qaytarılması planlaşdırılan kontingent ABŞ-ın əvvəlki administrasiyası tərəfindən 2022-ci ildə Ukrayna ilə həmsərhəd ölkələrə göndərilən 20 minlik hərbi birləşmənin bir hissəsidir. Hazırda təşəbbüsün hələ müzakirə mərhələsində olduğu bildirilir.

Şərqi Avropadakı ABŞ qoşunlarının şəxsi heyətinin yarıya endirilməsi regionda Rusiyanın mövqelərinin güclənməsi ilə bağlı Qərbin narahatlığını artırır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.