ABŞ-a idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcək-Tramp

ABŞ bütün idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq etməyi planlaşdırır.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, bizim avtomobil sənayemiz əvvəllər olmadığı kimi çiçəklənəcək”, – deyə o qeyd edib.

Tariflərin Meksika və Kanada təchizat zəncirindən asılı olan sektoru hədəf alacağı proqnozlaşdırılır və avtomobil qiymətlərini artıra biləcəyi ehtimal edilir.

Tariflər aprelin 2-dən qüvvəyə minəcək və ABŞ-a idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.