ABŞ amerikalıları 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti regiondakı gərginlik səbəbilə ABŞ vətəndaşlarına Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyi tövsiyə edib.

Иu barədə dövlət katibi Marko Rubionun konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar öz “X” hesabında məlumat verib.

“Dövlət katibi Marko Rubio və Dövlət Departamenti amerikalıları ciddi təhlükəsizlik riskləri səbəbilə mövcud olan istənilən kommersiya nəqliyyat vasitəsindən istifadə edərək aşağıdakı ölkələri dərhal tərk etməyə çağırır”, – o yazıb.

Siyahıya Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza zolağı, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən daxildir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.