Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.
Sənəddə nələr var?
Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi 99 ilə Amerika şirkətinə verilir.
Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları dayandırmağı, ticarət yollarını açmağı, diplomatik əlaqələr qurmağı və bir-birinin ərazi bütövlüyünə hörmət etməyi öhdəsinə götürür.
– 907-ci düzəliş dondurulub. ABŞ Azərbaycanla hərbi sahədə əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırır.
-“Tramp yolu” Azərbaycanın Ermənistanın suverenliyinə tam hörmətlə yanaşaraq Naxçıvana çıxış əldə etməsinə imkan verəcək.
Ermənistan və Azərbaycan diplomatik münasibətləri bərpa etmək və hərbi qarşıdurmaya həmişəlik son qoymaq barədə razılığa gəliblər.
İlham Əliyev: “Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. Erməni və Azərbaycan xalqları gələcək nəsillər naminə barışmaq üçün güc tapacaqlar. Prezident Tramp Qafqaza sülh gətirdi və biz buna görə minnətdarıq”.
Nikol Paşinyan: “Keçmiş keçmişdə qalır. Bugünkü bəyanatda Donald Trampın da imzası olacaq. Tariximizdə yeni səhifəyə başlayırıq”.
**