ABŞ-da 200 min dövlət qulluqçusunun şəxsi məlumatları internetə sızıb

network cables connected to switch

ABŞ-da dövlət qurumlarının 237 min əməkdaşının şəxsi məlumatları ölkənin Nəqliyyat Departamentində məlumatların sızması nəticəsində internetə düşüb.

Иu barədə “Reuters” agentliyi departamentin ABŞ Konqresinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Məktubda bildirilir ki, məlumatlar təhlükəsizliyinin pozuntusu “TRANServe”in müavinət emalı sisteminə təsir edib, bu sistem digər şeylərlə yanaşı, dövlət işçilərinə yol xərclərinin bir hissəsini ödəyir. Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

Məlumatda bildirilir ki, insidentlə bağlı araşdırma başlanıb və təhlükəsizlik bərpa olunana qədər “TRANServe” sisteminə giriş dondurulub.

Əvvəlki məqalə

Dörd ayda hansı ölkələrə nə qədər qaz satılıb? –

Sonrakı məqalə

Mayın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 208 milyard kubmetr qaz çıxarılıb