ABŞ-da 6,2 bal gücündə zəlzələ oldu

ABŞ-ın Alyaska ştatı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerli vaxtlı 16:32-də (Bakı vaxtı ilə 20:32) baş verib.

Yeraltı təkanların episentri Alyaskanın Çiqnik kəndindən 106 km şərqdə yerləşib.

Zəlzələ yerin 77 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Əvvəlki məqalə

Sumqayıtda 7 yaşlı uşaq məşq zalında ölüb

Sonrakı məqalə

Paşinyan ABŞ dövlət katibi ilə Laçın yolundakı vəziyyəti müzakirə edib